20:11 14-03-2020
news_image
148
FUTBOL

Amerika kuboku 2021-ci ilə keçirilir

Koronavirus pandemiyası daha bir böyük idman tədbirinin təxirə salınması ilə nəticələnə bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amerika kubokunun 2021-ci ilə keçirilməsi nəzərdə tutulub.

Bu ilin yayında Argentina və Kolumbiyada təşkil olunması planlaşdırılan turnirin bir il sonraya saxlanılması məqsədəuyğun sayılıb. Rəsmi qərarın yaxın günlərdə açıqlanacağı bildirilir.

Qeyd edək ki, FİFA milli komandaları martda keçiriləcək oyunlardan imtinaya çağırıb. Qurum klublara futbolçularını yığmaya buraxmamağa icazə verib.