22:47 14-03-2020
news_image
128
FUTBOL

CAS “Mançester Siti”nin apelyasiyasını təxirə sala bilər

İngiltərənin “Mançester Siti” klubunun apelyasiyasına baxılması təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) Premyer Liqa klubunun avrokuboklardan kənarlaşdırılma ilə bağlı şikayətini qeyri-müəyyən müddətə saxlaması gözlənilir.

Buna koronavirus pandemiyasının yayılması səbəb olub. Lozannadakı məhkəməsi mayın 18-dək 16 məsələyə baxmalı idi. Mançester təmsilçisi hələ bu siyahıya da düşməyib. CAS isə artıq üç məsələni başqa vaxta keçirib. “Mançester Siti” rəsmilərinin məsələnin təxirə salınması ilə bağlı hələ məlumatlandırılmayıb.

Qeyd edək ki, UEFA İngiltərə klubunu maliyyə feyr-pleyinə görə iki mövsümlük avrokuboklardan uzaqlaşdırıb.