13:09 15-03-2020
news_image
417
FUTBOL

Mübariz Mənsimov saxlanıldı

"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib. 

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Qeyd edək ki, Mübariz Mənsimov "Xəzər Lənkəran" futbol klubunun yaradıcısı və təsisçisidir.