13:12 15-03-2020
news_image
144
FUTBOL

Ronaldo otellərini xəstəxana edir - koronavirusa görə

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo koronavirus epidemiyasından əziyyət çəkən xəstələrə yardım etmək fikrindədir.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı forvard bu məqsədlə ölkəsi Portuqaliyadakı lüks otellərini müvəqqəti olaraq xəstəxanaya çevirmək qərarına gəlib.

Superulduza məxsus otellər dövlətin sərəncamına veriləcək və koronavirus xəstəliyindən əziyyət çəkənlərə pulsuz xidmət göstərəcək. Üstəlik, Ronaldo orada çalışacaq həkimlərin və bütün işçilərin maaşını öz büdcəsindən verəcək.

Qeyd edək ki, koronavirus epidemiyasının yayılması səbəbindən kiçik ada alan Ronaldo ailəsi ilə birlikdə orada qalır.