15:04 15-03-2020
news_image
165
DİGƏR NÖVLƏR

"Ferrari" fəaliyyətini dayandırdı

"Formula-1" komandalarından "Ferrari" fəaliyyətini dayandırıb.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya şirkəti rəsmən bəyan edib.

Bildirilib ki, rəhbərlik koronavirus infeksiyası təhlükəsini nəzərə alaraq, bu addıma əl atıb. Şirkət işçiləri evdə çalışmalarını davam etdirəcəklər. Fabriklər ən azı martın 27-dək qapalı olacaq.

Qeyd edək ki, "Formula-1"in Avstraliya, Bəhreyn və Vyetnam Qran-priləri təxirə salınıb.