22:15 15-03-2020
news_image
1544
TOP OYUNLARI

Əvvəl “Azəryol”, ardınca “Cakarta” – Ziya Rəcəbovun uğuru

Azərbaycanlı voleybol mütəxəssisi Ziya Rəcəbov növbəti uğuruna imza atıb. 

Apasport.az saytının məlumatına görə, “Azəryol”a CEV kubokunun bürünc medalını qazandıran gənc baş məşqçi bu dəfə ölkə xaricində - İndoneziyada adından söz etdirib. 

O çalışdırdığı və heyətində Azərbaycan millisinin sabiq ulduz voleybolçusu Natalya Məmmədova ilə Odina Əliyevanın yer aldığı “Cakarta”ya ölkə birinciliyinin müntəzəm çempionu adını qazandırıb. Bu isə həmyerlimizin komandasının “Dördlər finalı”na yüksəlməsini təmin edib.

İndoneziya çempionatının reqlamentinə əsasən iki “dördlük” qızıl medal şansını davam etdirəcək. Hərəsinin öz qalibi olacaq və onlar Qrand-finalda ölkənin ən güclüsünü müəyyənləşdirəcəklər.