10:03 16-03-2020
news_image
88
FUTBOL

“Bakıdan Dublinə... Pis bir zarafat kimi səslənir”

“Futbolsuz həyatın mövcud olduğunu iddia etməliyəm”.

Apasport.az saytının məlumatına görə, bunu almaniyalı futbol mütəxəssisi Marsel Reyf deyib.

Uzun müddətdir ölkəsində jurnalist kimi fəaliyyət göstərən 71 yaşlı şərhçi dünyanı bürüyən koronavirus infeksiyası üzündən AVRO-2020-nin təxirə salınmasını ən doğru variant hesab edir. O, bu turnirin təşkilinin daha böyük problemlərə yol açacağını düşünür: “Bütün əziyyətin puç olmasını və xaosla yekunlaşacaq bir vəziyyəti seçmək istəyirsinizsə, o zaman Avropa çempionatını 12 ölkədə təşkil edin. Bakıdan Dublinə... İndiki dövrdə pis bir zarafat kimi səslənir. AVRO-2020 keçirilməsə, virusla bağlı vəziyyət nəzarət altına alınsa, ölkə çempionatlarını bitirmək mümkün ola bilər”.

Qeyd edək ki, AVRO-2020-nin dekabrda təşkili planlaşdırılır. Bu, UEFA-nın martın 17-də keçirəcəyi videomüşavirədə müzakirə ediləcək.