11:19 16-03-2020
news_image
214
DİGƏR NÖVLƏR

Azərbaycan idmançısı bürünc medal qazandı - Afrika Kubokunda

Azərbaycan triatlonçusu Kseniya Levkovskaya bu il beynəlxalq arenada ilk mükafatını qazanıb. 

Apasport.az saytının məlumatına görə, idmançımız Mavrikidə keçirilən açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.

O, su yarışlarında 1500 metrlik məsafəni 21 dəqiqə 37 saniyəyə başa vurub. Levkovskaya velosipedlə hərəkətlərdə 40 kilometrlik məsafəni 1 saat 3 dəqiqə 54 saniyəyə qət edib. Yarışların sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçışda isə Kseniya 37 dəqiqə 21 saniyəlik nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 2 saat 3 dəqiqə 47 saniyəlik göstərici ilə üçüncü yeri tutub.

Qeyd edək ki, açıq Afrika kuboku Olimpiadaya reytinq xalı verib.