12:09 16-03-2020
news_image
226
FUTBOL

“Allahdan da qorxunuz yoxdur?” – Fatih Terim üsyan etdi

“50 min azarkeşdən məhrum olmaq asan deyil. Xüsusən də, “Beşiktaş” kimi rəqib qarşısında azarkeşsiz qalmaq bizim gücümüzü azaltmışdı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının XXVI turunda “Beşiktaş”la keçirilən oyun haqda danışarkən deyib.

0:0 hesabı ilə nəticələnən matçdan sonra fikirlərini bölüşən Terim Avropanın bir çox ölkəsində çempionatın koronavirus infeksiyası səbəbindən dayandırıldığı bir vaxtda Türkiyədə oyunların boş tribunalar önündə keçməsini məntiqsiz qərar adlandırıb. Təcrübəli mütəxəssis buna görə Türkiyə Futbol Federasiyasını sərt şəkildə tənqid edib: “Türkiyədə ağlınıza gələ biləcək bütün qurumlar tədbirlərini ləğv etdi. Yalnız təmas oyunu olan futbol, basketbol və həndbol davam edir. Oyunçuya necə deyək ki, heç kimlə təmas qurma, metr yarımlıq məsafədə qal? Azarkeşsiz oyun keçirməyimizin səbəbi koronavirusdursa, bizim 850 işçimiz var. Birimizdə bu xəstəlik çıxarsa, topdaşıyan uşaqdan tutmuş hamı karantinə alınmalıdır. Bizim canımız, ailəmiz yoxdur? Allahdan da qorxunuz yoxdur? UEFA-nın martın 17-dəki toplantısına klubları təmsil edəcək heç kimin qatılmaması üzücü məqamdır”.

Qeyd edək ki, hazırda aktivində 50 xal olan “Qalatasaray” çempionatın liderlərindən 3 xal geri qalır.