12:57 16-03-2020
news_image
109
FUTBOL

“Qrupu dəyərləndirmək tezdir” – kiprli futbolçu

"İndidən qrup barədə nəsə demək çətin və tezdir".

Bunu apasport.az saytına Kipr millisinin üzvü Andreas Avraam deyib. 

Ölkəsinin yığma komandasında çıxış edən 32 yaşlı futbolçu Millətlər Liqasının qrup mərhələsi barədə danışıb. O, koronavirus epidemiyasının yayıldığı bir vaxtda və komandaların son oyununu görmədən rəqibləri dəyərləndirməyin tez olduğunu deyib: "Rəqibləri tanıyıram. Amma indidən nəsə demək, nəyisə dəyərləndirmək tezdir. Ən azından yoxlama görüşləri keçiriləndən sonra fikir bildirmək mümkündür”. 

Qeyd edək ki, Millilətlər Liqasının 2-ci qrupunda Azərbaycan və Kiprlə yanaşı, Monteneqro ilə Lüksemburq yığmaları yer alıblar.