13:03 16-03-2020
news_image
214
FUTBOL

Futbolçular necə vaxt keçirir? – koronavirusun təsiri

Bütün dünyanı təsiri altına alan koronavirus epidemiyası idman sahəsinə də ciddi zərbə vurub.

Apasport.az saytının məlumatına görə, klublar fəaliyyətlərini dayandırıb, futbolçulara “evdən çölə çıxmayın” tapşırığı verilib.

Evə qapanan oyunçular vaxtlarını səmərəli keçirməyə çalışırlar. Məsələn, “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta və “Real”ın orta sahə oyunçusu Federiko Valverde evin bağçasında itlə məşq edərək əylənirlər. 

Futbol oynadığı dönəmdə məşqlərdən, oyunlardan ailəsi ilə zaman keçirə bilməyən “Atletiko”nun hücumçusu Alvaro Morata bunu sığortalamaqla məşğuldur.

“Liverpul”un hücumameyilli oyunçusu Aleks Oksleyd-Çamberlayn sevgilisi ilə birlikdə müxtəlif rəqslər edərək əhvalını yüksək tutur.

“İnter”in hücumçusu Aleksis Sançes meşədə ağac doğramaqla həm də məşq edir. Çilili odun topladığını instaqram səhifəsi vasitəsilə də elan edib.

“Bavariya”nın hücumçusu Robert Levandovski uşaqları ilə vaxt keçirir. Polşalı forvard qızı ilə birlikdə oyun oynadığını əks etdirən görüntüləri paylaşıb.