15:29 16-03-2020
news_image
140
FUTBOL

Altı çempionat davam edir, Ukrayna dayanmağa hazırlaşır

Futbol üzrə daha bir ölkə çempionatı dayandırıla bilər.

Apasport.az saytının məlumatına görə, Ukrayna Premyer Liqasının rəhbərliyi yarışın davam etdirilib-etdirilməməsi ilə bağlı iclas keçirəcək.

Yığıncaqda koronavirus pandemiyası ilə bağlı vəziyyət müzakirə olunacaq, çempionatın taleyinə aydınlıq gələcək. UEFA ilə də məsləhətləşəcək qurum mövsümü vaxtından əvvəl başa vurmaq niyyətindədir. Hazırda mövcud olan turnir cədvəli yekun sıralama kimi qəbul oluna bilər.

Qeyd edək ki, Ukrayna hazırda çempionatı davam edən 6 Avropa ölkəsindən biridir. Türkiyə, Rusiya, Belarus, Serbiya və Macarıstanda da hələlik oyunlar davam edir.