17:42 16-03-2020
news_image
232
FUTBOL

“Qarabağ” oynamır, Qurbanov irəliləyir

Dünyanın ən yaxşı futbol məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin 1000 ən yaxşı futbol mütəxəssisi sırasında Azərbaycan bir məşqçi ilə təmsil olunub.

Ölkəmizin yeganə təmsilçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. 48 yaşlı mütəxəssis 1054 xalla dünyanın 560-cı məşqçisidir.

Koronavirus pandemiyası üzündən Azərbaycan Premyer Liqası təxirə salındığı üçün “Qarabağ” heç bir matça çıxmasa da, Qurbanov 6 pillə irəliləyib. Ötən cədvəldə 1054 xala malik mütəxəssis 566-cı yerdə idi.

Qeyd edək ki, siyahının 1-ci pilləsində hesabında 14 min 918 xal olan “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp qərarlaşıb.