18:33 16-03-2020
news_image
136
FUTBOL

Yeni rekordçu

Rusiya Premyer Liqasının XXII turunda “Ufa” ilə keçirilən oyun MOİK-in qapıçısı İqor Akinfeyev üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 12-ci dəqiqəsi Akinfeyevin karyerası ərzində Rusiya çempionatlarında 40000-ci dəqiqəsi kimi tarixə düşüb.

34 yaşlı qolkiper ölkədə bir klubun heyətində bu göstəriciyə çatan ilk futbolçu olub. MOİK-in sabiq müdafiəçisi Sergey İqnaşeviç 42 min 888 dəqiqə ilə ümumi rekorda sahib olsa da, o, karyerası ərzində “Krılya Sovetov” və “Lokomotiv”in də formasını geyinib. Akinfeyev isə 2002-ci ildən bəri yalnız MOİK-in şərəfini qoruyur.

Qeyd edək ki, MOİK – “Ufa” oyunu qolsuz bərabərliklə yekunlaşıb. Akinfeyev bu mövsüm 22 oyunda qapısında 22 top görüb.