23:18 16-03-2020
news_image
110
FUTBOL

"Çempionluqla bağlı qərarı yerli federasiyalar verə bilər " - UEFA-dan açıqlama

Koronavirus infeksiyasının yayılması səbəbindən təxirə salınan milli çempionatların taleyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az saytının məlumatına görə, UEFA Avropa ölkələrində çempionatla bağlı yaydığı açıqlamada birinciliklərdə liderlərin çempion elan edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qitə futbol qurumundan bununla bağlı qərarın yerli federasiyalar tərəfindən veriləcəyi vurğulanıb: "UEFA-nın çempionu təyin etmək hüququ yoxdur. Buna yalnız yerli federasiyalar qərar verə bilər. Biz bu məsələ ilə bağlı heç nə edə bilmərik".

Qeyd edək ki, sabah UEFA-nın üzv federasiyalarla videomüşavirəsi keçiriləcək və həm çempionatlar, həm avrokuboklar, həm də AVRO-2020-nin taleyi müzakirə olunacaq.