00:22 17-03-2020
news_image
80
FUTBOL

Macarıstan çempionatı dayandırıldı

Koronavirus pandemiyası daha bir ölkədə futbol çempionatının dayandırılmasına səbəb olub.

Apasport.az saytının məlumatına görə, Macarıstan çempionatında məcburi fasilə yaranıb.

Ölkənin futbol federasiyasının qərarı ilə həm peşəkar, həm həvəskarlar arasında bütün liqalarda oyunlar dayandırılıb. 25 turdan sonra “Ferensvaroş”un lider olduğu Yüksək liqanın davam etdirilib-etdirilməyəcəyi dəqiqləşməyib.

Qeyd edək ki, ötən həftəsonu Avropanın yalnız 6 ölkəsində çempionat matçları keçirilib. Artıq mübarizəni dayandıran Macarıstandan başqa Rusiya, Ukrayna, Belarus, Türkiyə və Serbiyadır. Ukraynanın da eyni addımı atacağı gözlənilir.