02:12 17-03-2020
news_image
309
FUTBOL

"Çelsi"nin futbolçusunu transfer etdi - "Atalanta"

"Atalanta"nın yarımmüdafiəçisi Mario Paşaliç karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi müqavilə ilə "Çelsi"yə məxsus olan 25 yaşlı orta sahə oyunçusunu birdəfəlik transfer edib.

Hazırda "Atalanta"da icarə əsasında çıxış edən Xorvatiya millisinin üzvünün 15 milyon avroluq transfer məbləğini klub rəhbərliyi ödəmək qərarına gəlib. Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. Yayda bu keçid rəsmiləşəcək və Paşaliç "Atalanta" ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, "Atalanta" Mario Paşaliçi 2018-ci ildə 2 mövsümlük icarəyə götürüb.