09:35 17-03-2020
news_image

Avropa çempionatının vaxtı dəyişdirildi - RƏSMİ

Boks üzrə gənclər arasında Avropa çempionatı təxirə salınıb. 

Apasport.az saytının məlumatına görə, Avropa Boks İttifaqı koronavirus pandemiyası səbəbindən aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib. 

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın mayın 15-27-də təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.