11:29 17-03-2020
news_image
183
FUTBOL

Mübariz Mənsimov barəsində həbs qərarı verildi

Türkiyədə saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan M. Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.
Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.

M. Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb. Türkiyə mətbuatının xəbərinə görə, o, FETÖ işi üzrə aparılan istintaq çərçivəsində tutulub.

Qeyd edək ki, Mübariz Mənsimov "Xəzər Lənkəran" futbol klubunun yaradıcısı və təsisçisidir.