11:35 17-03-2020
news_image
93
FUTBOL

Klublar maaş vermək istəmir, müqavilələr uzadılır

İtaliya futbolunda qalmaqal yaranıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan mövsüm klublarla futbolçular arasında narazılığa səbəb olub.

A və B seriyasında çıxış edən klubların prezidentləri oyunların keçirilmədiyi müddət üçün futbolçuların maaşlarını vermək istəmir. Bununla da onlar itkiləri minimuma endirmək niyyətindədir. Bu məsələdə liqalar da klublara dəstək verir. Amma İtaliya Futbolçular Assosiasiyası bu addımın əleyhinə çıxıb.

Bundan başqa, klublar və assosiasiya futbolçuların müqavilələrinin uzadılması barədə kollektiv razılaşma hazırlayır. Bu anlaşmaya əsasən, iyunun 30-da başa çatacaq bütün müqavilələr iyulun 15-dək uzadılacaq. Belə addımın atılması onunla bağlıdır ki, mövsümün başa çatdırılması uzana bilər.