15:24 17-03-2020
news_image
169
FUTBOL

“UEFA yekun qərar qəbul edə bilməz” – federasiya prezidenti

“UEFA yekun qərar qəbul edə bilməz. Biz yalnız ehtimallar irəli sürə bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu Polşa Futbol Federasiyasının prezidenti Zbiqnev Bonek deyib.

Ötən əsrin əfsanəvi futbolçusu UEFA-nın bu gün keçirəcəyi videokonfrans ərəfəsində fikirlərini açıqlayıb. Bonek bildirib ki, milli assosiasiyaların nümayəndələri ilə müşavirə zamanı UEFA-nın hər hansı qərar verməsi mümkünsüz görünür: “Bəlli deyil ki, nələr baş verəcək. May ayı üçün hazır olsaq, hadisələrin necə davam edəcəyi bilinmir. Hadisələrə təsir edə biləcək çox sayda faktorlar da bəlli deyil. Təəssüf ki, hər şey mümkündür. Bilmirəm ki, komandaların yuxarı dəstəyə yüksəlməsi və aşağı düşməsi prosesi necə olacaq. Bu da böyük problemdir. Mövsümü payıza qədər uzatmağın mümkün olduğunu düşünmürəm. Mövsümü iyunun 30-da başa vurmaq və yenisinə avqustda başlamaq yaxşıdır. Fövqəladə vəziyyətdəyik və fövqəladə qərarlar da qəbul olunmalıdır”.

Qeyd edək ki, bu gün UEFA və quruma üzv olan 55 milli assosiasiyanın nümayəndələri arasında keçiriləcək videokonfransda AVRO-2020, avrokuboklar və daxili yarışların taleyi müzakirə olunacaq.