15:41 17-03-2020
news_image
296
FUTBOL

AFFA-ya vaxt verilir – Premyer Liqa ilə bağlı

UEFA Avropa ölkələrində milli çempionatların bərpa olunmasını planlaşdırır.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu yerli federasiyalara iyunun sonuna qədər vaxt verməyə hazırlaşır.

Bu gün AFFA da daxil olmaqla, quruma üzv olan 55 milli assosiasiya nümayəndələri ilə keçiriləcək videokonfransda bununla bağlı məsələ müzakirəyə çıxarılacaq. UEFA Avropa çempionatını gələn ilə keçirməyi, milli çempionatların isə iyulun əvvəlinə qədər yekunlaşması üçün vaxt verməyi nəzərdən keçirir.

Həmçinin Çempionlar Liqası və Avropa Liqasının da koronavirus epidemiyası azaldıqdan sonra bərpa edilməsi və iyun ayında yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Avropanın əksər ölkələrinin çempionatları kimi, Azərbaycan Premyer Liqası da təxirə salınıb.