16:26 17-03-2020
news_image
111
FUTBOL

“Son 5 ilin nəticələri hesablansın” – klub prezidentindən təklif

“Lion”un prezidenti Jan-Mişel Olas maraqlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri koronavirus pandemiyası səbəbindən dayandırılan Fransa Liqa1-nin bərpa edilməməsinin tərəfdarıdır.

Futbol funksioneri təklif edib ki, komandaların çempionatda son 3-5 il ərzindəki nəticələrinə əsasən turnir cədvəlində yerlər müəyyənləşdirilsin. Belə bir sistem qəbul edilərsə, PSJ çempion elan olunacaq, “Lion” isə ikinci yeri tutacaq.

Qeyd edək ki, “Lion” hazırda Liqa1-də 7-ci pillədə qərarlaşır.