17:57 17-03-2020
news_image
140
DİGƏR NÖVLƏR

Gimnastika üzrə Avropa çempionatı da təxirə salındı

Bədii gimnastika üzrə Avropa çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu qərarı Avropa Gimnastika İttifaqı verib.

Belə addımın atılmasına koronavirus pandemiyası səbəb olub. Ukraynanın paytaxtı Kiyevdəki yarış qeyri-müəyyən vaxta keçirilib.

Qeyd edək ki, Avropa çempionatı mayın 21-24-də baş tutmalı idi.