18:08 17-03-2020
news_image
214
AVRO-2020

AVRO-2020: Pley-off üç aydan sonra keçiriləcək

2021-ci ilə təxirə salınan AVRO-2020-nin pley-off mərhələsinin oyunlarının da vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, final mərhələsinə sonuncu 4 vəsiqənin sahibi bu ilin iyununda bəlli olacaq.

Martda keçirilməli olan qarşılaşmaların üç ay sonra baş tutması koronavirus pandemiyası ilə bağlıdır. Bu raundda Millətlər Liqasından pley-offa yüksələn komandalar çıxış edəcək.

Azərbaycan millisinin mübarizə apardığı D liqasının komandalarından Şimali Makedoniya - Kosovo  və Gürcüstan – Belarus oyunları iyunun 2-də, bu cütlərin qalibləri arasında həlledici matç 4 gün sonra keçiriləcək.