18:43 17-03-2020
news_image
111
FUTBOL

AVRO-2020-nin biletləri qaytarılır

AVRO-2020-nin final mərhələsinə bilet alan azarkeşlər bunu geri qaytarmaq hüququna yiyələnib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.

Yarış koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb. Bu bir sıra azarkeşlərin planlarına uyğun gəlməyə bilər. Elə buna görə də bilet alan şəxslər istədiyi halda geri qaytara bilər: “UEFA bilet sahiblərini inandırmağa tələsir ki, əgər onlar 2021-ci ildə oyunlara gedə bilməyəcəksə, ödədikləri vəsait onlara tam şəkildə qaytarılacaq”.

Qeyd edək ki, AVRO-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.