22:43 17-03-2020
news_image
120
FUTBOL

FİFA dünya çempionatını təxirə saldı

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatını təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı FİFA verib.

İlk dəfə yeni formatda – 24 komanda ilə keçirilməli olan mundialın təxirə düşməsinə dünya futbolunun hazırkı durumu səbəb olub. Belə ki, koronavirus pandemiyası üzündən əksər yarışlar təxirə düşüb, AVRO-2020 və Amerika kuboku-2020 gələn il təşkil olunacaq.

Təqvimin belə dəyişdirilməsi FİFA mundialla bağlı planlarına da təsir edib. 2021-ci ilin yayındakı yarış qeyri-müəyyən müddətə keçirilib.

Hazırda turnirin keçirilmə tarixi üçün 3 variant mövcuddur. FİFA 2021-ci ilin ikinci yarısı, 2022-ci və 2023-cü illərin yayları arasında seçim etməlidir. Bütün bunlar Konfederasiyalar kuboku ilə bağlı da qeyri-müəyyənlik də yaradıb.

Qeyd edək ki, klublararası dünya çempionatı Çində keçirilməli idi. Yarış Asiyadakı turnirdən başlayaraq 4 ildən bir təşkil olunmalıdır. Hazırda isə turnir hər il 7 komandanın iştirakı ilə dekabrda keçirilir.