23:00 17-03-2020
news_image
147
FUTBOL

Daha bir futbolçusu koronavirusa yoluxub - "Yuventus"un

"Yuventus"un daha bir futbolçusunda koronavirus xəstəliyi aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Bleyzi Matuidinin testləri müsbət nəticə verib.

Turin təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib. Fransa millisinin üzvü martın 11-dən bəri öz istəyi ilə evində nəzarət altındadır. Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus infeksiyası üzə çıxıb.