23:30 17-03-2020
news_image
277
FUTBOL

Ronaldonun qaldığı adada zəlzələ oldu

"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun hazırda qaldığı Madeyra adasında zəlzələ olub.

Apasport.az saytının məlumatına görə, hadisə martın 15-də baş verib.

Ronaldonun karantin şəraitində qaldığı adada zəlzələ 3,8 bal gücündə olub. Ada sakinlərindən heç kim xəsarət almasa da, bəzi yollar daş və dağıntılarla bağlanıb.

Qeyd edək ki, Madeyra adasında iki həftə əvvəl 5,2 bal gücündə zəlzələ olub.