00:05 18-03-2020
news_image
377
FUTBOL

"Real" havayı buraxır - Qaret Beyli

"Real" hücumçusu Qaret Beyllə yollarını ayırmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "kral klubu" Uels millisinin üzvünü havayı buraxmağa da razıdır.

Klub ona kifayət qədər şans verildiyini, lakin ulduz futbolçunun bundan yararlana bilmədiyini düşünür. Rəhbərlik həddən artıq yüksək məvacib üzündən onu başqa kluba satmağın çətinliyini dərk edir. Bu üzdən "transfer pəncərəsi" zamanı 31 yaşlı oyunçu ilə müqaviləyə ikitərəfli razılıqla xitam verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Qaret Beylin illik maaşı 17 milyon avrodur.