00:57 18-03-2020
news_image
79
FUTBOL

Sabiq prezident reanimasiyaya yerləşdirildi - koronavirus şübhəsi

"Real"ın sabiq prezidenti Lorenzo Sanzın səhhətində problem yaranıb.

Apasport.az saytının məlumatına görə, "kral klubu"nun keçmiş rəhbəri reanimasiyaya yerləşdirilib.

76 yaşlı iş adamı bir neçə gündür yüksək temperaturdan və halsızlıqdan əziyyət çəkir. Həkimlər bunu koronavirus infeksiyası əlaməti hesab edirlər. Bu üzdən Sanz testlərdən keçirilib. Testin nəticəsi hələ müəyyənləşməsə də, ilkin ehtimala görə, keçmiş prezident həmin xəstəliyə yoluxub.

Qeyd edək ki, 1985-1995-ci illərdə "Real"ın direktoru vəzifəsində çalışan Lorenzo Sanz ardından 2000-ci ilə qədər kluba prezidentlik edib.