10:42 18-03-2020
news_image
172
FUTBOL

Gürcüstan klubu azərbaycanlı futbolçu ilə yollarını ayırdı - SƏBƏB

Gürcüstanın “Merani” klubu azərbaycanlı futbolçu Tural Rzayevlə müqaviləyə xitam verib.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı razılaşma ilə pozulub. 

Bu ilin fevralında “Merani”yə qoşulan Turalın bu komandadakı karyerası 1 ay sürüb. Əvvəllər Gəncənin “Kəpəz” və Litvanın “İonava” klublarında çıxış etmiş futbolçu ilə müqavilənin pozulmasına onun zədəsi səbəb olub. Onun müalicəsini üzərinə götürən Gürcüstan klubu bütün xərcləri ödədikdən sonra müqaviləyə xitam verilməsini məqsədəuyğun sayıb.