10:53 18-03-2020
news_image
234
FUTBOL

UEFA Meza Kolli üçün nə vaxt “yaşıl işıq” yandıracaq?

“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollinin milliləşdirilməsi üçün AFFA ilə UEFA arasında aparılan danışıqlar davam edir.

Apasport.az saytının məlumatına görə, assosiasiya lazımi sənədləri artıq qitə futbol qurumuna göndərib.

UEFA paraqvaylı futbolçu ilə bağlı yekun qərarını martın sonu və ya aprelin əvvəlində verəcək. Çünki məhz mart ayının son günündə Meza Kollinin Azərbaycanda olmasının 5 ili tamamlanacaq. Futbolçunun apreldən etibarən Azərbaycan vətəndaşlığı almasında heç bir maneə qalmayacaq.

Qeyd edək ki, Sezar Meza Kollini ölkəmizə ilk dəfə 2013-cü ilin sentyabrında “İnter” (indiki “Keşlə”) klubu gətirib.