12:03 18-03-2020
news_image
214
FUTBOL

Yuri Syomin: “O sadəcə möhtəşəmdir” - MÜSAHİBƏ

Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin “moscow-baku.ru” saytına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümündə Azərbaycanda “Qəbələ”ni çalışdırmış təcrübəli mütəxəssis AVRO-2020-nin 2021-ci ilə keçirilməsinə münasibət bildirib. Y.Syomin bu dəyişikliyə həm Rusiya, həm Azərbaycana təsir etməyəcəyini vurğulayıb.

- Necə hesab edirsiniz, koronavirusla bağlı yaranan indiki durumda futbol üzrə Avropa çempionatının vaxtının dəyişdirilməsi düzgün qərardır?
- Hesab edirəm ki, bu qərar tam düzgündür. Əgər böyük sayda insanların sağlamlığı və həyatı üçün təhlükə varsa, ən yaxşısı öncədən təhlükəsizlik tədbirləri görməkdir. Biz UEFA-nın qərarını qəbul etməli və AVRO-2021-ə hazırlaşmalıyıq.

- Avropa çempionatının 2021-ci ilə keçirilməsi oyunların təşkilinə təsir edəcəkmi?
- Rusiyada keçirilən bütün yarışlar həmişə ən yüksək səviyyədə baş tutur. Bunu 2018-ci ilin dünya çempionatı da təsdiqləyib. İstənilən vaxtda, istər 2020-ci, istər 2021-ci il olsun. Buna görə də Rusiya üçün Avropa çempionatının növbəti ilə keçirilməsi heç nəyi dəyişmir. Rusiya istənilən vaxt Avropa çempionatının matçlarını lazım olan səviyyədə keçirəcək. Ölkəmizdə dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün bütün şərait var.

- Siz Azərbaycanın Avropa çempionatına hazırlığını necə qiymətləndirirsiniz?
- Bakıda gözəl Olimpiya Stadionu var. O sadəcə möhtəşəmdir. Azərbaycanlılar qonaqları həmişə sevinclə qarşılayan duz-çörəkli və qonaqpərvər xalqdır. Mən hesab edirəm ki, Azərbaycanda baş tutan bütün idman tədbirləri həmişə yaxşı keçirilib. Məhz buna görə Azərbaycan futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi ölkələr siyahısına daxil olub.

- Azərbaycan futboluna dünya səviyyəli yarışlarda qalib gəlmək üçün hansı məsləhət verərdiniz?
- Mən liqaya daha çox diqqət ayırmağı, həmçinin klubların yaxşı sponsorlara malik olmalarını məsləhət görərdim ki, onlar da futbolun şaquli istiqamətdə - yeniyetmələr, peşəkar komandalar, millilər – inkişafına kömək etsin. Mən Azərbaycanda işləyəndə futbola çox böyük diqqət ayırırdılar. Bu idman növünə üstünlük vermək lazımdır. Onda Azərbaycan yığması qalib olacaq.