12:52 18-03-2020
news_image
208
FUTBOL

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

AFFA İcraiyyə Komitəsinin iclası təxirə salınıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, qurum toplantının vaxtını Novruz bayramından sonraya keçirib.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı ölkə futbolunda yaranmış qeyri-müəyyən durumdur. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bir müddət əvvəl iclasın Novruz bayramı ərəfəsində baş tutacağını, milli komandanın yeni baş məşqçisinin də həmin yığıncaqda müəyyənləşəcəyini bildirmişdi. Lakin koronavirus xəstəliyinin bütün dünyada sürətlə yayılması AFFA-nın planlarına da təsir edib.

Komitənin nə vaxt bir araya gələcəyi hələ dəqiqləşdirilməyib. Üstəlik, baş məşqçi məsələsi də açıq qalıb. Yaranmış ümumi problem aradan qalxdıqdan sonra baş məşqçi postuna namizədlərlə görüşlər bərpa ediləcək.

Qeyd edək ki, Azərbaycanda bütün idman tədbirləri, o cümlədən futbol yarışları təxirə salınıb.