13:03 18-03-2020
news_image
257
AVRO-2020

1,9 milyard avroluq itki - AVRO-2020-yə görə

Avropa çempionatının gələn ilə keçirilməsi UEFA-ya böyük ziyan vuracaq.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun itirəcəyi məbləğ müəyyənləşib.

UEFA sponsorluq gəlirləri, bilet satışları və yayım haqlarından ümumilikdə 1,9 milyard avroluq qazanc götürəcəkdi ki, bundan məhrum olub. İtiriləcək həmin məbləğin 600 milyon avrosu biletlərin geri qaytarılması ilə əlaqədar olacaq. Sponsorluq və yayım gəlirlərindən isə 1,3 milyard avroluq ziyan dəyəcək.

Qeyd edək ki, Avropa çempionatı gələn il 11 iyun – 11 iyul tarixlərində 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.