14:15 18-03-2020
news_image
123
FUTBOL

“Bavariya” 3 futbolçu ilə yollarını ayırır

Almaniyanın “Bavariya” klubunun yay transfer dövründə yollarını ayırmaq istədiyi futbolçular müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi üç oyunçusunu göndərmək niyyətindədir.

Müdafiəçi Cerom Boatenq, yarımmüdafiəçilər Xavi Martines və Koranten Tolisso Bundesliqa klubunun yollarına ayıra biləcəyi futbolçulardır. Qapıçı Manuel Noyer və hücumçu Tomas Müller ilə müqavilələr uzadılacaq. “Bavariya” “İnter”dən icarəyə götürülən İvan Perşiçi almaq niyyətindədir. 

Qeyd edək ki, İspaniya klubları “Barselona” və “Real”ın maraq dairəsində olan, müqaviləsi 2021-ci ilin yayında başa çatacaq avstriyalı müdafiəçi David Alabanın taleyinə isə aydınlıq gəlməyib.