14:38 18-03-2020
news_image
2393
FUTBOL

Prosineçki “Qarabağ”ın futbolçusuna elçi düşdü

Ağdamın “Qarabağ” klubunun futbolçusu Abdullah Zubir karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Super Liqanın autsayderi “Kayserispor” fransalı yarımmüdafiəçini heyətində görmək niyyətindədir.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçki 29 yaşlı futbolçunun yayda transfer olunmasını istəyib. Bu komandada “Qarabağ”ın daha bir sabiq oyunçusu Pedro Enrike də çıxış edir. Lakin Zubirin keçidinin baş tutması üçün Kayseri təmsilçisi Super Liqada yerini qorumalıdır.

Qeyd edək ki, bir müddət əvvəl Zubirlə maraqlanan daha bir klubun adı bəlli olmuşdu. Fransa Liqa2 təmsilçisi “Genqam” yarımmüdafiəçini heyətində görmək istəyir.