15:10 18-03-2020
news_image
125
TOKİO-2020

BOK bəyanat yaydı - Tokio-2020 ilə bağlı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, bu gün milli olimpiya komitələri və beynəlxalq federasiyalarla videokonfrans təşkil edən BOK koronavirus pandemiyası səbəbindən çətin duruma düşdüyünü bəyan edib.

Bəyanatda iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 ilə bağlı qərarın ideal alınmayacağı barədə xəbərdarlıq əksini tapıb: “Bu, çox çətin vəziyyətdir ki, müstəsna qərar tələb edir. BOK idmançılara ən az mənfi təsir edəcək, eyni zamanda yarışların bütövlüyünü qoruyan və idmançıların sağlamlığını qoruyan çıxış yolu tapmağa çalışır. Bu vəziyyətdə heç bir qərar ideal olmayacaq. Buna görə də biz idmançıların məsuliyyət və həmrəyliyinə ümid edirik”.