17:30 18-03-2020
news_image
157
FUTBOL

UEFA prezidentindən təkzib

“UEFA-nın liqalara çempionatı indi başa vurmaq və hazırda birinci yerdə olan komandaları çempion hesab etmək barədə məsləhət verdiyi barədə yalan xəbərləri görmüşəm, eşitmişəm”. 

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

Qurumun milli çempionatlar başa çatmayacağı halda, hazırkı liderlərin çempion elan etməyi məsləhət gördüyü xəbərlər yayılıb. Buna münasibət bildirən sloveniyalı informasiyaları təkzib edib: “Deyə bilərəm ki, bu düz deyil. Bizim məqsədimiz çempionatları başa vurmaqdır. Biz buna oxşar heç nəyi hansısa assosiasiyaya tövsiyə etməmişik”.