23:32 18-03-2020
news_image
309
FUTBOL

Koutinyo üçün yeni təklif - İngiltərədən

"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo yenidən İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü "Çelsi"nin gündəmindədir.

Hazırda icarə əsasında "Bavariya"da çıxış edən ulduz futbolçunu Münhen təmsilçisi tələb olunan 120 milyon avro qarşılığında transfer etməyə yaxın durmur. Londonlular onu gələn mövsüm icarəyə götürmək üçün "Barselona" ilə danışığa başlayıb. Kataloniya təmsilçisi də yarımmüdafiəçini məhz icarəyə verməyi planlaşdırır. Çünki heç bir klub tələb olunan transfer məbləğini ödəməyə razılıq vermir.

"Zadəganlar" oyunçunun maaşını tam verməyə və icarə haqqı olaraq 30 milyon avro ödəməyə hazırdır. Həmçinin "Bavariya" da onu yenidən icarəyə götürmək niyyətindədir. "İnter" isə hücumçusu Lautaro Martinesin "Barselona"ya transferi zamanı qarşı tərəfdən Koutinyonu istəyə bilər.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm Bundesliqada iştirak etdiyi 22 oyunda 8 qol, 6 assistlə yadda qalıb.