13:17 19-03-2020
news_image
657
FUTBOL

“Azərbaycan üçün çox darıxıram” – Denis Silva

"Bütün fikrimi Braziliyadakı çıxışıma yönəltmişəm. Düzünü desəm, Azərbaycandan ayrıldıqdan sonra Premyer Liqa haqda çox da maraqlanmıram". 

Bunu apasport.az saytına Braziliyanın "San Kaetano" klubunun futbolçusu Denis Silva deyib. 

Azərbaycanda "Xəzər Lənkəran", "Neftçi" və "Keşlə"də oynamış 34 yaşlı braziliyalı karyerasını vətənində davam etdirir. Təcrübəli müdafiəçi Azərbaycana qayıtmaq haqda düşündüyünü bildirib: “Azərbaycan üçün çox darıxıram. Ailəm və mən bu ölkəni çox sevirik. Bakıya gəzmək üçün gəlmək istəyirəm. Orada çox dostum var və onları da ziyarət etmək üçün ölkənizə gələrəm. Orada oynadığım bütün klublara azarkeşlik edirəm. Azərbaycanda keçirdiyim hər bir şeyə görə oradakı insanlara minnətdaram". 

Qeyd edək ki, braziliyalı 2008-2010-cu illərdə "Xəzər Lənkəran", 2010-2012 və 2013-2015-ci illərdə "Neftçi", 2015-2019-cu illərdə isə "Keşlə"də oynayıb.