13:21 19-03-2020
news_image
183
FUTBOL

“Koronavirus saxta məlumatdır” - Aleksandr Əliyev

Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev maraqlı paylaşımla diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı keçmiş yarımmüdafiəçi instaqram səhifəsində koronavirus pandemiyasına inanmadığını yazıb.

O, hətta İtaliyada bu xəstəlikdən ölənlərin sayı ilə bağlı yayılan informasiyanın da yalan olduğunu düşünür: “Obolon boyu bir az gəzdim, burada çox sayda maşın var. Metro yaxınlığında hər yer bağlıdır. Düzünü desəm, buna inanmıram. Siz necə düşünürsünüz? Küçədə gəzirdim. Nə deyə bilərəm - çox adam var. Uşaqlar çoxdur, hava da yaxşıdır. Bütün bunların saxta olduğunu düşünürəm. Bu koronavirus kimə lazımdır, bütün bunları kim başlatdı? Eşitdim ki, bu gün İtaliyada 368 nəfər ölüb. Fikrimcə, bunlar saxta məlumatdır. Əsas odur ki, özünüzü qoruyun, sağlam olun”.

Qeyd edək ki, Kiyev “Dinamo”sunun yetirməsi olan Aleksandr Əliyev 2018-ci ildə karyerasını başa vurub.