14:21 19-03-2020
news_image
142
FUTBOL

CAS-dan 16,5 milyonluq cəza - futbolçuya

İdman Arbitraj Məhkəməsi (CAS) “Milan”ın hücumçusu Rafael Leaonu cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb hücumçunun sabiq klubu “Sportinq”i icazəsiz tərk etməsi olub.

21 yaşlı forvard 2018-ci ildə müqaviləsini birtərəfli şəkildə ləğv edərək, “Lill” klubu ilə azad agent statusunda sözləşmə imzalayıb. “Sportinq” 45 milyon avro təzminat tələb etsə də, CAS portuqaliyalıya 16,5 milyon avroluq cəza kəsib. Oyunçunun bu qərara etiraz etmək haqqı var.

“Sportinq” isə azarkeşlər tərəfindən psixoloji təzyiqlər və təhqirlərə görə, futbolçuya 40 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, Rafael Leao ötən il 35 milyon avroya “Lill”dən “Milan”a keçib.