15:20 19-03-2020
news_image
98
FUTBOL

Paytaxt klubunda yeni müqavilə

“Arsenal”ın müdafiəçisi David Luizin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü daha bir il London klubunun formasını geyinəcək.

Baş məşqçi Mikel Arteta 32 yaşlı mərkəz müdafiəçisinin çıxışından məmnunluq bildirib və onun komandada qalmasını istəyib. Bu üzdən “topçular” müqavilə müddətini daha 1 il uzatmaq bəndini aktivləşdiriblər. Nəticədə “sambaçı”nın sözləşməsi yenilənib.

Qeyd edək ki, David Luiz bu mövsüm “Arsenal”ın heyətində 32 oyun keçirib, 2 qol, 1 assistlə yadda qalıb.