16:05 19-03-2020
news_image
136
FUTBOL

Premyer Liqanın bərpası ilə bağlı YENİ TƏKLİF

İngiltərə Premyer Liqasında mübarizə bərpa edilə bilər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı videomüşavirə keçiriləcək.

Premyer Liqa rəhbərliyi ilə klub nümayəndələri arasında baş tutacaq iclasda çempionatın bərpa olunmasının yolları müzakirə ediləcək. Təşkilatçılar qalan 92 oyunun azarkeşsiz və az sayda stadionda keçirilməsini istəyir. Təklif qəbul olunarsa, qarşılaşmalar kiçik bir şəhərin üç arenasında olacaq və hər gün oyun keçiriləcək. Belədə daha az həkim və mühafizə işçiləri iş başında olacaq, eyni zamanda komandalar səyahət etməyəcəkləri üçün xəstəliyin yayılma riski azalacaq.

Qeyd edək ki, koronavirus epidemiyasının yayılması səbəbindən ötən həftə keçirilən iclasda oyunların aprelin 4-dək təxirə salınması qərara alınıb.