16:46 19-03-2020
news_image
119
FUTBOL

Karantinə alındı - “Qalatasaray”ın vitse-prezidenti

“Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrak karantinə alınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəsmisində koronavirus şübhəsi olmasıdır.

Səhhətində problem yaşayan Albayrak Çapa Tibb Fakültəsində karantinə alınıb. Ondan müxtəlif testlər götürülüb. Ancaq ilkin ehtimala görə, onda bu xəstəlik yoxdur və testin nəticəsi mənfi çıxacaq.

Qeyd edək ki, “Qalatasaray” koronavirus xəstəliyi ilə bağlı təhlükəsizlik tədbiri almaq üçün məşqlərini dayandırıb.