21:12 19-03-2020
news_image
142
DİGƏR NÖVLƏR

“Formula-1” daha üç mərhələni təxirə saldı – Start Bakıya qaldı

“Formula-1”in daha üç mərhələsinin təxirə salınması rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar Niderland, İspaniya və Monako Qran-Prilərinin vaxtında baş tutmayacağını açıqlayıb.

Bununla da təxirə salınan mərhələlərin sayı 7-yə çatıb. Öncə Avstraliya, Bəhreyn, Vyetnam və Çin mərhələləri də rəsmən təxirə salınmışdı. 

35 ildən sonra ilk dəfə Niderlandda keçiriləcək yarış mayın 3-də, İspaniyadakı bir həftə sonra, Monakodakı isə ayın 24-də təşkil olunmalı idi.

Qeyd edək ki, bu təxirəsalmalardan sonra planlaşdırılan ilk mərhələ iyunun 7-də Bakıda baş tutmalıdır.