22:26 19-03-2020
news_image
243
FUTBOL

Yunuszadənin baş məşqçisi özünü təcrid etdi

Bosniya və Herseqovina klubu "Çelik"in baş məşqçisi Ümit Özat koronavirus pandemiyası səbəbindən özünü təcrid edib.

Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis vətəninə qayıdaraq, evdə karantin şəraitində qalır.

Ötən ilin dekabrında "Çelik"in sükanı arxasına keçən 43 yaşlı çalışdırıcı işçi vizası ala bilmədiyindən indiyə qədər komandanı oyunlara çıxara bilməyib. Koronavirus xəstəliyi səbəbindən yaranmış fasilədən istifadə edən Özat ölkəsinə qayıdıb və özünü evə qapadıb.

Qeyd edək ki, "Çelik"da çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunusadə də Bosniya və Herseqovinanı tərk edib. Müdafiəçi hazırda İstanbuldadır.