00:09 20-03-2020
news_image
106
FUTBOL

"A seriyası iyulda bitə bilər" - federasiya prezidenti

"Azarkeşlərlə oynamaq bir kabusun tam dəf edilməsi anlamına gələcək. Həmin mərhələyə gələcəyimizə inanıram".

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

Koronavirus pandemiyasının yayılması səbəbindən təxirə salınan A seriyasının aqibəti ilə bağlı açıqlama verən Qravina çempionatı bərpa edəcəklərinə inanır: "Çempionatı mayın 2-3-də bərpa etmək fikri üzərində bir neçə gündür çalışırıq. Çünki həftəiçi bir neçə tur keçirməklə mövsümü iyunun 30-da tamamlaya bilərik. Ancaq mövsümün 10-17 iyul tarixlərində bitəcəyini də istisna etmirəm. Qarşıda 12 tur, ehtiyatda bir neçə oyun, eyni zamanda beynəlxalq matçlar var. Bu üzdən etiraf edirəm ki, təqvimi müəyyənləşdirmək o qədər də asan deyil. Bunun üzərində işləyəcəyik və mümkün olan bütün mexanizmləri hakimiyyət dairələri ilə müzakirə edəcəyik. İdmançıların təhlükəsizliyinə zəmanət verə biləcəyimiz tarixdə əvvəlcə azarkeşsiz oynamağa başlayacağıq".

Qeyd edək ki, martın 9-da keçirilən XXVI turun son oyununun ardından A seriyası təxirə salınıb.